İdman

Azərbaycan Gimnastika Federasiyası “Öz arzunu çək” adlanan layihəyə start verib - FOTO

9 Mart 2020 11:03
Baxış: 2 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Gimnastika Federasiyası "Öz arzunu çək" adlanan layihəyə start verib.

Milli.Az xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə gimnastika növləri üzrə yığma komanda üzvlərinin tanıtım fotosessiyası təqdim olunub. Burada bədii gimnastlar, kişi və qadın idman gimnastları, batutçular, akrobatlar və aerobika gimnastları iştirak edib.

Federasiya bildirir ki, bu layihə sayəsində gimnastikanın incəsənətlə nə qədər bağlı olduğunun bir daha şahidi olacağıq:

"Böyük idman nailiyyətləri arxasında illər öncə kiçik arzu ilə döyünən bir ürək dayanır. Kiçik arzu böyüyərək möhtəşəm arenalarda alqışlar sədasına çevrilir. Gimnastika öz əksini incəsənətdə tapır!"

Federasiya layihəyə görə Heydər Əliyev Mərkəzi, eləcə də adları çəkilən şəxslərə öz təşəkkürünü bildirir:

Leyla Məmmədova - stilist

Fərhad Əlizadə - fotoqraf

Zahid Baydarov - saç ustası

Ruhəngiz Əliyeva - vizajist.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.