İdman

"AGF Junior Trophy" beynəlxalq turnirinin dayaqlı tullanma hərəkətlərində qalibləri müəyyənləşib

8 Mart 2020 14:40
Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin dayaqlı tullanma hərəkətlərində qalibləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinci yeri Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq (13.425 xal), ikinci yeri ukraynalı Vladimir Kostyuk (13.175 xal), üçüncü yeri isə Taybey şəhərini təmsil edən digər gimnast Çuanq Çia-Lunq (12.700 xal) tutublar.

Azərbaycan gimnastları Mənsum Səfərob (12.475 xal) və Ramin Dəmirov (12.325 xal) 4-cü və 5-ci yerləri tutublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.