İdman

“AGF Junior Trophy” beynəlxalq turnirində ölkəmizi beş gimnast təmsil edəcək

4 Mart 2020 14:21
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edəcək.

Milli.Az xəbər verir ki, AGF-dən Trend-ə verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Turnirdə ölkəmizi Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edəcəklər.

Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.