Şou-biznes

Türkan Şoray şəxsi həyatı ilə bağlı şok faktı öz kitabında etiraf etdi - "Mən də..."

4 Sentyabr 2025 22:00
Baxış: 520
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur türkiyəli sənətçi Türkan Şoray həyatından bəhs edən kitabda maraqlı etiraflar edib.

80 yaşlı aktrisa bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.

Aktrisa öz həyatından bəhs edən "Türkan və hayat" adlı kitabında aldadıldığını etiraf edib.

Gözəlliyin əhəmiyyət kəsb etmədiyini bildirən Türkan Şoray aldadılma sualına bu sözlərlə cavab verib:

"Təbii ki, mən də aldadılmışam. Gözəl qadın olmağın heç bir əhəmiyyəti yoxdur. Kişilər bir müddət sonra evdəki qadını görməməyə başlayırlar. Düşünürəm ki, kişilərin təbiətində bu var", - deyə o, qeyd edib.

Kitabda yer alan bu detal sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. (oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.