İdman

"Messinin qucaqlamasından sonra formamı yumayacağam"

24 Fevral 2020 13:18
Baxış: 1 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın yeni transferi Martin Braytvayt Kataloniya klubunda debüt edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, danimarkalı hücumçu evdə "Eybar"a 5:0 qalib gəldikləri matçda 30 dəqiqə meydanda olub.

O, görüşdən sonra İspaniya mətbuatına açıqlama verib. "Barselona"da oynamağın ona yuxu kimi gəldiyini deyən futbolçu matçda poker edən kapitan Lionel Messi haqda maraqlı fikir səsləndirib:

"Messinin qucaqlamasından sonra formamı yumayacağam. Təsəvvür edin ki, bir həftə əvvəl "Barselona"da oynayacağım ağlıma da gəlmirdi.

Messi oyundan sonra məni təbrik etdi. O, əla oğlandır. İstəyir ki, mənə burada rahat olsun. Meydana çıxanda ötürmə vermək üçün məni axtarırdı".

Qeyd edək ki, "Barselona" 22 yaşlı futbolçunu Leganes-dən 18 milyon avroya alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.