İdman

Almeyda Azərbaycan millisindən imtina edib?

20 Fevral 2020 12:51
0 Şərh     Baxış: 1 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda yığma karyerasını bitirmək istəmir. Hazırda BƏƏ-nin "Baniyas" klubunda çıxış edən futbolçu ölkəmizdən gələn dəvətə həvəslə müsbət cavab verəcək.

Milli.Az xəbər verir ki, 2011-ci ilə "Qarabağ"a gələn və buradakı uğurlu çıxışı ilə məşhurlaşan braziliyalı 2017-də milliləşdirilmişdi. Onun Azərbaycandan getdikdən sonra yığmaya gəlməyəcəyi haqda söz-söhbət dolaşır. Lakin yarımmüdafiəçi futbolinfo.az-a açıqlamasında deyilənləri təkzib etdi.

Almeyda sosial şəbəkədə yayılan xəbərlərə inanmamağı məsləhət gördü: "Hər zaman millinin düşərgəsinə gəlməyə hazıram. Mənasız iddialardı, mən tərəfdən hər hansı problem ola bilməz. Azərbaycan ikinci vətənimdi. Nə vaxt dəvət gəlsə, məmnuniyyətlə millinin düşərgəsinə yollanacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.