İdman

Ən gənc çalışdırıcı - Çempionlar Liqası tarixində

20 Fevral 2020 08:08
0 Şərh     Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Leypsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, o, buna komandasını 1/8 final mərhələsində meydana çıxarmaqla nail olub.

"Tottenhem"lə qarşılaşmada "Leypsiq"in "sükanı arxası"nda olan Naqelsmann 32 yaş 211 günlə pley-off mərhələsində klub çalışdıran ən gənc mütəxəssis ünvanına yiyələnib. Almaniyalıya qədər rekord "Şalke"nin sabiq çalışdırıcısı Domeniko Tedeskoya məxsus idi. İtalyan 2018-19 mövsümündə "Şalke"ni Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı meydana çıxaranda 33 yaş 161 günlüyündə olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən "Tottenhem" - "Leypsiq" oyununda hesab açılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.