İdman

Tamblinqdə kişilər arasında yarışlarda mükafatçılar məlum oldu

16 Fevral 2020 15:04
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı gimnast Kaden Braun Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinqdə kişilər arasında yarışlarda qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, 75.400 xal yığıb.

İkinci yerdə 73.600 xalla Avstraliya gimnastı İtan MakGinness, üçüncü yerdə isə 72.700 xalla rusiyalı Aleksandr Lisitsın qərarlaşıb.

Azərbaycanlı gimnast finalda 57.600 xal toplayaraq 8-ci yeri tutub.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.