İdman

Güləşçimiz Eldəniz Əzizli Avropa çempionatında komandamıza ilk medal qazandırıb

11 Fevral 2020 23:13
0 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Romada keçirilən güləş üzrə Avropa çempionatının ikinci günündə - fevralın 11-də Azərbaycanın yunan-Roma pəhləvanı Eldəniz Əzizli bürünc medal qazanıb. Bu komandamızın çempionatda ilk medalı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, mübarizəyə dörddəbir finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisi ilə qarşılaşan idmançımız birinci hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.

Yarışların ikinci günündə İtaliya güləşçisi Covanni Frenini sınağa çəkən E.Əzizli elə ilk hissədə tam üstünlüklə (9:0) qələbə qazanaraq karyerasında üçüncü dəfə qitə birinciliyində bürünc medala yiyələnib.

Xatırladaq ki, ötən gün mübarizə aparan Azərbaycan güləşçilərindən yalnız Sənan Süleymanov (77 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Bu gün keçiriləcək finalda idmançımızın rəqibi Macarıstan güləşçisi Zotlan Levay olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.