İdman

Messi 19 yaşlı Sançoya çatdı

10 Fevral 2020 20:24
0 Şərh     Baxış: 2 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

La Liqanın 23-cü turunda "Barselona" səfərdə "Betis"ə 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,Kataloniya klubunun hər üç qolunun ötürməsini Lionel Messi verib. Bununla da argentinalı futbolçu hazırkı çempionatda verdiyi qol ötürmələrinin sayını 11-ə (18 oyunda) çatdırıb. O, həmçinin 14 qol vurub.

Bu göstərici ilə Messi Avropanın  TOP-5 liqasında qol və qol ötürməsində 10+-ə nail olan ikinci futbolçu olub. Daha əvvəl "Borussiya" Dortmundun 19 yaşlı oyunçusu Ceydon Sanço 19 bundesliqa matçında 12 qol vurmuş və 13 qolun ötürməsini etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.