İdman

83 yaşlı qadın 2 qızıl medal qazandı - Dünya çempionatında

10 Fevral 2020 13:51
0 Şərh     Baxış: 4 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatının qızıl mükafatçısı olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,o,  3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilən turnirdə 25 və 50 metr məsafələrdə birinci olaraq iki qızıl medal qazanıb.

Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Turnirin keçirildiyi göldə suyun temperaturu müsbət 1 dərəcə olub.

Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur. O, üzgüçülük üzrə yarışlarda bir çox mükafat alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.