İdman

Futboldan qovuldu - Marixuanaya görə

9 Fevral 2020 19:15
0 Şərh     Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyalı yarımmüdafiəçi Konner Duti iki il müddətinə futboldan uzaqlaşdırılıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, buna onun marixuana çəkməsi səbəb olub.

İkinci liqada yarışan "Stenxausmiyor" klubunun 23 yaşlı futbolçusundan ötən il alınan dopinq testi müsbət nəticə verib. Bu günlədə isə sərt qərar qəbul edilib.

Şotlandiyada yarışların keçirilmədiyi müddətdə futbolçuların marixuana qəbul etməsi qadağan olunmur. Amma mövsümün gedişatı ərzində belə fakt qeyd alınsa, o zaman cəza tətbiq edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.