İdman

"Arsenal" Vengeri qaytarır

7 Fevral 2020 21:33
0 Şərh     Baxış: 1 628
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Arsenal" rəhbərliyi sabiq baş məşqçisi Arsen Vengeri komandaya qaytarmağı planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Venger Mikel Artetanı əvəzləməyəcək. Klub rəhbərliyi hələlik ona hansı vəzifəni həvalə edəcəyini müəyyənləşdirməyib.

Vengerin gəlişi fan-klubların Mikel Artetanın ətrafında birləşməsini təmin edəcək. 70 yaşlı Vengerin fanatlar arasında böyük nüfuzu var.

Rəhbərlik də məhz bu məqamdan istifadə edərək, klubda bütövlüyü təmin etməyi planlaşdırır.

Qeyd edək ki, Venger "Arsenal"ı 2018-ci ildən tərk edib və o vaxtdan işsizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.