İdman

Çini təhqir edən Olimpiya çempionu diskvalifikasiya edildi

7 Fevral 2020 22:20
0 Şərh     Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanın şort-trek üzrə Olimpiya çempionu Çaba Buryan bir il müddətinə oyunlardan diskvalifikasiya edilib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun sosial şəbəkədə Çini təhqir etməsi olub.

Belə ki, 2019-cu ilin dekabrında Şanxaydan uçan Buryan reysi çox gözləməsi səbəbindən İnstaqramda foto paylaşıb və "Lənətə gəlmiş Çin" sözlərini yazıb. Macarıstanın Şort-trek Federasiyasının fikrinə görə, idmançı intizam və etik pozuntulara yol verib. Bu səbəbdən o, 12 ay müddətinə oyunlardan kənarlaşdırılıb.

Bu müddət ərzində Buryan milli komandanın yarış və məşqlərində iştirak edə bilməyəcək. İnsident səbəbindən yığmanın baş məşqçisi istefa vermək istəsə də, federasiyada onun xahişini qəbul etməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.