İdman

Maldinin oğlu "Milan"da debüt etdi

3 Fevral 2020 21:07
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan" A seriyasının 22-ci turunda "Verona" ilə qarşılaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan oyunun son dəqiqələrində "Milan"ın heyətində meydana 18 yaşlı Daniel Maldini daxil olub.

Onun meydana daxil olması "Milan" üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, Daniel vaxtilə "Milan"ın şərəfini qorumuş Çezera və Paolo Maldinilərin davamçısıdır. O, Paolonun oğlu, Çezeranın nəvəsidir.

Baba və ata Maldinilər "Milan"ın heyətində 994 oyun keçiriblər (Paolo 647, Çezera 347). Onların hər ikisi "Milan"ın kapitan sarğısını daşıyıblar.

Daniel 2000-ci ildən sonra doğulanlar arasında "Milan"ın heyətində meydana çıxan ilk futbolçudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.