İdman

Şahmatçımızı qalibdən cəmi 0,5 xal ayırdı

2 Fevral 2020 17:26
0 Şərh     Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq şahmat turniri başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turnirin klassik yarışlarında mübarizə aparan Azərbaycan şahmatçılarından Vüqar Əsədli 9 turdan 7 xal toplayıb. Bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalan V.Əsədli 2-9-cu yerləri bölüşüb. Komandamızın digər üzvlərindən Zaur Bayramov 6 xalla 23-cü, Nail Bəşirli 5,5 xalla 40-cı yerləri tutublar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.