İdman

Azərbaycan millisi dünya çempionatı arzusu ilə vidalaşdı

2 Fevral 2020 11:12
0 Şərh     Baxış: 1 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raundunda qrup üçüncüsü olmaqla final mərhələsinə vəsiqə uğrunda mübarizəni dayandırıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu, Xorvatiya-Rusiya matçından sonra dəqiqləşib. Belə ki, Rusiya yığması meydan sahibi Xorvatiyaya qalib gəlib - 4:3.

Bu qələbə Rusiyanı qrup birincisi kimi birbaşa final mərhələsinə daşıyıb. Xorvatiya 2-ci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.

Joze Alesio da Silvanın baş məşqçisi olduğu Azərbaycan yığması isə 4 xalla 3-cü yeri tutub. Qeyd edək ki, final mərhələsi Litvada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.