İdman

Millimiz üçün həlledici oyun

1 Fevral 2020 11:49
0 Şərh     Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, Joze Alesio da Silvanın kollektivi bunadək 2 qarşılaşmaya çıxıb. Xorvatiyaya 2:0 hesabı ilə  uduzan milli komanda Rusiya üzərində qələbə qazanıb- 4:3.

"Qradski vrt Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını saxlayır. Bunun üçün Azərbaycan millisi slovaklara qalib gəlməli, qrupun digər matçında isə Rusiya xorvatlarla görüşdə xal itirməlidir. Ruslar xorvatlara uduzacağı təqdirdə Azərbaycan millisini slovaklarla matçda heç-heçə də qane edəcək. Son turun oyunlarından sonra ən azı 2 və ya 3 yığmanın xalı eyni olarsa, reqlamentə əsasən, komandaların öz aralarındakı oyunların nəticələri əsas götürüləcək.

Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ikincilər "pley-off" oyunlarında rəqiblərinə qalib gələrək bu hüquqa yiyələnəcəklər.

Xatırladaq ki, hazırda Xorvatiya 6 xalla qrupun lideridir. Hərəyə 3 xal toplayan Azərbaycan və Rusiya yığmaları müvafiq olaraq  2-ci və 3-cü yeri tutur. Slovakiya isə 0 xalla sonuncudur.

1 fevral

20:00. Azərbycan - Slovakiya

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.