İdman

Konor - Həbib revanşının ilkin vaxtı bilindi

1 Fevral 2020 11:09
1 Şərh     Baxış: 5 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC prezidenti Dena Uayt təsdiq edib ki, Konor Makqreqor Həbib Nurmaqomedov - Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əgər Nurmaqomedov bu görüşdə qələbə qazansa, onunla Konor arasındakı revanş bu ilin payazında keçiriləcək. Dena Uayt ESPN-ə bildirib ki, potensial revanş Ramazan bayramından sonra - 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.

Xatırladaq ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.