İdman

DÇ-2020: Azərbaycan Rusiyaya qalib gəlib

30 Yanvar 2020 23:02
0 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
 
Milli.Az apasport.az-a istinadən bildirir ki, komandamız Rusiya yığması ilə qarşılaşıb. 

Osiyek şəhərindəki "Qradski vrt Arena"da baş tutan görüşə fəal başlayan Joze Alesio da Silvanın yetirmələri Rafael Vilelanın erkən qolu ilə hesabda önə keçib. Lakin komandamız ilk yarıda üstünlüyünü qoruya bilməyib.

Şimallılar fasiləyədək nəinki hesabda tarazlıq yaradıb, hətta irəli çıxıblar. Milli yalnız ikinci hissənin sonlarında daha üç qol vurmağa nail olub. Everton Kardosonun bərabərlik topu komandanı daha da ümidləndirib. Bundan ruhlanan komanda İsa Atayevin və Everton Kardosonun yenidən fərqlənməsi ilə qələbə qazanıb. Şimallılar yalnız bunlardan birinin əvəzini çıxıblar. Bu qələbə ilk turda Xorvatiyaya 0:2 hesabı ilə uduzan komandamızın nəinki 2-ci yer, hətta 1-ci yer şansını saxlamaq imkanı verib.

Qeyd edək ki, günün digər matçında Xorvatiya ilə Slovakiya üz-üzə gələcək. Millimizin Slovakiya ilə qarşılaşacağı son turun matçları fevralın 1-də keçiriləcək.

DÇ-2020-nin Avropa zonası üzrə elit-raundu
C qrupu, II tur
30 yanvar
20:00. Azərbaycan - Rusiya - 4:3
Qollar: 
Rafael Vilela, 2, Everton Kardoso, 34, 40, İsa Atayev, 36 - Romulo, 16, Danil Davidov, 18, Artem Antoşkin, 40
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Çiara Perona (hamısı İtaliya)
Osiyek. "Qradski vrt Arena"

1

Xorvatiya

1

1

0

0

2-0

3

2

Azərbaycan

2

1

0

1

4-5

3

3

Rusiya

2

1

0

1

10-5

3

4

Slovakiya

1

0

0

1

1-7

0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.