İdman

Məşhur futbolçunun idmançı xanımı - FOTOlar

27 Yanvar 2020 20:04
0 Şərh     Baxış: 2 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna futbolunun tanınmış simalarında Yevgeni Konoplyanka təkcə oyunu yox, şəxsi həyatı ilə də tez-tez gündəmə gəlir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, hazırda Kiyev "Dinamo"sunda çıxış edən yarımmüdafiəçini diqqət mərkəzində saxlayan səbəblərdən biri də həyat yoldaşı Viktoriyadı. Futbolçu ilə 2008-ci ildə tanış olan xanım badmintonla məşğul olur. O, artıq idman ustasıdı.

2014-cü ildə evlənən cütlüyün Zlata və Damir adlı iki övladı var. İki uşaq dünayaya gətirməsinə baxmayaraq, daim idmanla məşğul olan Viktoriya əla formadadı.

Tez-tez həyat yoldaşının iştirakı ilə keçirilən matçları tribunadan canlı izləyən xanımın əvvəllər futboldan anlayışı olmayıb. Ukrayna millisinin üzvü ilə tanış olduqdan sonra isə bu idman növü ilə maraqlanmağa başlayıb. Deyilənə görə, Viktoriya əvvəllər futbol terminlərindən yalnız "aut" sözünü bilirmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.