İdman

"Qarabağ" yoxlama oyununda "Siqma"ya məğlub oldu

25 Yanvar 2020 18:30
0 Şərh     Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu bu gün 3-cü yoxlama oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu günün ilk matçında Çexiya təmsilçisi "Siqma" ilə qarşılaşıb.

Olomouts klubu ilə görüş "Gloria Sereniti" otelinin meydançasında keçirilib. Qarşılaşma çexiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində təsəlli qoluna 59-cu dəqiqədə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən "Qarabağ" "Akademika Kilinçeni" (Rumıniya) ilə məhsuldar heç-heçəyə (2:2) imza atıb, "Jetısu"ya (Qazaxıstan) bir qolla qalib gəlib. Qurban Qurbanovun kollektivi axşam saatlarında Polşa klubu "Visla" (Plotsk) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 yanvar
12:30. "Qarabağ" - "Siqma" (Çexiya) - 1:3
Musa Qurbanlı, 59

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.