İdman

Türkiyə millisinin üzvü Almaniyada klubunu dəyişdi

18 Yanvar 2020 18:45
0 Şərh     Baxış: 765
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Yunus Mallı Almaniyada klubunu dəyişib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Volfsburq"un futbolçusu Bundesliqanın digər təmsilçisi "Yunion Berlin"ə keçib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Yunus yeni klubu tərəfindən mövsümün sonuna kimi icarəyə götürülüb.
 
27 yaşlı futbolçu 2017-ci ildən "Volfsburq"un uğurları üçün çalışır. Münhenqladbax "Borussiya"sının yetirməsi olan yarımmüdafiəçi 2011-2016-cı illər aralığında da "Maynts"da çıxış edib. Almaniya Bundesliqasında 197 matça çıxıb 36 qol vuran futbolçu, 2015-ci ildən etibarən formasını geyindiyi Türkiyə millisində 25 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.