İdman

Beqoviç “Qarabağ”dan “Milan”a transfer olunub

14 Yanvar 2020 07:25
0 Şərh     Baxış: 1 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdamın "Qarabağ" klubunda icarə əsasında çıxış edən qapıçı - Asmir Beqoviç İtaliyanın "Milan" klubuna transfer olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 32 yaşlı Bosniya və Herseqovinalı qapıçı "Milan" klubunda cari mövsümün sonuna kimi çıxış edəcək.

Asmir "Qarabağ"da mövsümün ilk yarısında forma geyinib. Onun "Bornmut"la müqaviləsi 2021-ci ilin iyun ayınadəkdir.

Beqoviçin yanvarın 15-də İtaliya kubokunda SPAL klubuna qarşı keçirəcəyi oyunda debütü gözlənilir.

Qeyd edək ki, A.Beqoviç "Çelsi" və "Bornmunt", "Stok Siti" və bir neçə tanınmış klubların formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.