İdman

Makqreqor yeni rəqibinin adını açıqladı

7 Yanvar 2020 20:30
0 Şərh     Baxış: 3 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor amerikalı Donald Serrone ilə döyüşdən sonra həmyerlisi Castin Getji ilə döyüşəcəyini istisna etmir. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, irlandiyalının sözlərini "MMA Fighting" yayımlayıb.

"Bu adam siyahıdadır. O, növbəti rəqib ola bilər. Çünki buna layiqdir", - 31 yaşlı irlandiyalı vurğulayıb.

Eyni zamanda, Makqreqor digər döyüşçülərin çağırışlarına az cavab verməyə başladığını etiraf edib:

"Mən hörmətsizliyə reaksiya verirdim. Artıq bu keçmişdə qalıb: diqqəti ancaq özümə cəmləşdirmişəm".

Qeyd edək ki, UFC-nin rəhbəri Deyna Uayt irlandiyalının 2020-ci ildə üç döyüş keçirməyi planlaşdırdığını deyib: Serrone ilə döyüşdən əlavə, Makqreqor rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Xorxe Masvidal ilə döyüşləri nəzərdə tutub.

2019-cu ilin dekabr ayında Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz Makqreqorun kifayət qədər güclü bir rəqib seçmədiyi ilə bağlı fikirlərini bildirmişdi. O, irlandiyalının Getjiyə qarşı döyüşməli olduğunu qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.