İdman

Ronaldu bunu bacaran ikinci futbolçu oldu - FOTO

7 Yanvar 2020 10:35
0 Şərh     Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus" İtaliya A Seriyasının 18-ci turu çərçivəsində "Kalyari" ilə ev oyununda 4:0 hesablı qələbəyə sevinib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu oyunda het-trikə imza atan Kriştianu Ronaldu da yeni uğura imza atıb.

Portuqaliyalı hücumçu bu üç qol sayəsində Avropanın üç böyük çempionatında het-trikə imza atan ikinci futbolçu olub.
 
Ronaldu daha öncə İngiltərə Premyer Liqasında ("Mançester Yunayted") və İspaniya La Liqasında ("Real") da het-trik edib. Bu, onun karyerasında 56-cı het-trikdi.
 
34 yaşlı futbolçu bu uğuru sayəsində Aleksis Sançesə çatıb. Çünki ilk dəfə Avropanın ən böyük üç liqasında het-trik sevincini məhz çilili hücumçu yaşamışdı.
 
1,5 illik İtaliya karyerasında qarşılaşdığı hər komandaya qol vuran Ronaldo sadəcə, "Roma" ilə matçlarda qol sevinci yaşamayıb. Bu həftə isə onun komandasını məhz paytaxt təmsilçisi ilə görüş gözləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.