İdman

Təl-Əviv Qran-Prisində Azərbaycanı 16 cüdoçu təmsil edəcək

6 Yanvar 2020 16:28
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 23-25-də İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirdə Azərbaycanı 11 kişi, 5 qadın cüdoçu təmsil edəcək. Yarışda ümumilikdə 95 ölkədən 671 (376 kişi, 295 qadın) cüdoçunun iştirakı təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda komandamız iki medal qazanıb. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Komandamızın digər üzvü Məmmədəli Mehdiyev (90 kq) bürünc medala layiq görülüb. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub. Turnirdə ən yüksək nəticəni 4 qızıl, 2 gümüş, 1 bürünc medalla İsrail komansı göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.