İdman

Generalın ölümünə görə ABŞ millisinin Qətər toplanışı ləğv edildi

4 Yanvar 2020 12:56
2 Şərh     Baxış: 1 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ millisinin Qətərdə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, regionda vəziyyətin gərginləşməsinə görə müvafiq qərar verilib.

Qeyd edək ki, toplanış yanvarın 5-də başlanmalı və 20 gün davam etməli idi.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani öldürülüb. Bundan sonra İran ABŞ-dan qisas alacağını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.