İdman

Oyun gedə-gedə istefaya göndərildi – APOEL-də yeni baş məşqçi

28 Dekabr 2019 07:45
0 Şərh     Baxış: 1 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçika çempionatının XXI turunda qeyri-adi hadisə yaşanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Ostende" klubu oyunun gedişində baş məşqçisi Kare İnqebriqtseni istefaya göndərib.

Hadisə XXI turun "Şarlerua" ilə səfər qarşılaşması zamanı yaşanıb. Meydan sahiblərinin 3:0 hesabı ilə öndə olduğu vaxt "Ostende"nin rəsmi tvitter səhifəsi istefa barədə xəbər yayıb.

Bundan 20 dəqiqə sonra isə K.İnqebriqtsen Kiprin APOEL klubunun baş məşqçisi təyin olunub. Bir müddət əvvəl Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ" klubunun rəqibi olmuş və həmin vaxt da baş məşqçiləri tez-tez dəyişməyi sevən Nikosiya təmsilçisi "Ostende"nin çalışdırıcısını "oğurlayıb".

Oyun zamanı rəsmiləşən istefanın səbəbkarı da APOEL-dir. Kiprlilər baş məşqçi ilə anlaşsalar da, "Ostende" mütəxəssisi buraxmaq istəməyib. "Şarlerua" ilə matçın gedişində klub rəhbərliyi başa düşüb ki, K.İnqebriqtseni saxlamaq mənasızdır.

Qeyd edək ki, "Ostende" baş məşqçisinin istefaya göndərildiyi oyunda 0:5 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.