İdman

Almeyda "Qarabağ"dan ayrılır

24 Dekabr 2019 10:59
1 Şərh     Baxış: 1 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Riçard Almeyda bu qış Ağdam klubunu tərk edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə millimizin üzvü sports.kz-ya müsahibəsində deyib: ""Qarabağ"dan ayrılıram".

O, müqavilə ilə məxsus olduğu "Astana"ya qayıdıb-qayıtmayacağı bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub".

30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.