İdman

"Beşiktaş" 8 il idi bu aqibətlə üzləşmirdi

24 Dekabr 2019 00:07
0 Şərh     Baxış: 2 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" klubu meydana çıxdığı son dörd oyunun hər birindən məğlub ayrılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, son olaraq Super Liqa çəçivəsində "Fənərbağça"ya səfərdə 1:3 hesabıyla uduzan İstanbul təmsilçisi, daha öncə Avropa Liqasında "Vulverhempton"a (0:4), Türkiyə kubokunda "Ərzincanspor"a (0:2), çempionatda isə "Yeni Malatyaspor"a (0:2) məğlub olmuşdu. 

Sözügedən komanda bununla da son 8 ilin ən pis göstəricisinə imza atıb. "Qara qartallar" sonuncu dəfə məhz 2010/11 mövsümündə ardıcıl dörd oyunda məğlubiyyət acısı yaşamışdı. "Beşiktaş" həmin mövsümün ikinci yarısında avrokubok çərçivəsində "Braqa" və "Atletiko"ya, Super Liqada isə "Trabzonspor" və "Qalatasaray"a məğlub olmuşdu.
 
Bu mövsüm uduzduğu son dörd oyunda qapısında 11 qol görən İstanbul təmsilçisi, bunlardan cəmi birinin əvəzini çıxa bilib. "Qara qartallar" həm də bu mövsüm Super Liqada ilk dəfə ardıcıl iki məğlubiyyət acısı yaşadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.