Rusiyada Hüseyn Həsənovun sonuncu şirkəti də bağlanıb.
Milli.Az xəbər verir ki, Rusiyanın Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənovun sonuncu şirkətini də ləğv edib.
"SHOT" teleqram kanalının məlumatına görə, 2023-cü ildə yaradılmış "Banda Foods" şirkəti ləğv olunub. Zərərə işləyən biznes 800 min rubldan çox borc yığıb. Bloqer borcları ödəməli olsa da, Rusiyanı tərk edib.
Xatırladaq ki, may ayında bloqer barəsində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İsmayıl
Milli.Az