İdman

“Qarabağ”ın oyununun bilet qiymətləri açıqlandı

4 Sentyabr 2025 15:29
Baxış: 803
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Benfika" - "Qarabağ" oyunu üçün bilet qiymətləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Portuqaliya klubunun mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, biletlər 40-60 avro aralığında satışa çıxarılacaq. Satış prosesi sentyabrın 5-dən başlanacaq, lakin VIP sektorların qiyməti hələ açıqlanmayıb.

Xatırladaq ki, görüş sentyabrın 16-da Portuqaliyada baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma qrup mərhələsinin ilk turu olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.