"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Bakı klubunu tərk edə bilər.
Milli.Az apasport.az-a istinadən bildirir ki, 22 yaşlı qveniyalı futbolçu xarici çempionatlarda çıxış edən bir neçə komandanın maraq dairəsinə düşüb.
Onun konkret olaraq, "Hapoel Beer-Şeva" (İsrail) keçidi gündəmdədir. İsrailli menecerlər Kaneni bu kluba aparmaq niyyətindədir. Lakin "Neftçi" futbolçusunu müəyyən məbləğ qarşılığında buraxmağa razıdır.
İsrail klubunun Kane üçün yanvarda danışıqlar masasına oturacağı bildirilir.
Qeyd edək ki, "Neftçi" Kane ilə ötən ilin dekabrında 3 illik müqavilə bağlayıb. O, Qvineyanın "Kalum Star" klubundan transfer olunub.
Milli.Az