İdman

Azərbaycan Kubokunda ilk yarımfinalçılar müəyyənləşir

19 Dekabr 2019 12:04
0 Şərh     Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq "Zirə" "Səbail"i qəbul edəcək. Cütün ilk oyunu qolsuz heç-heçə ilə başa çatıb.

Günün digər matçında  "Sabah" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edəcək.

"Zirə" - "Səbail"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00

"Sabah" - "Qəbələ"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bank Respublika Arena", 18:00

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.