İdman

“AFFA rəhbərliyi Prosineçkiyə təklif göndərib” - Menecerindən açıqlama

18 Dekabr 2019 19:07
0 Şərh     Baxış: 1 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"AFFA rəhbərliyi birbaşa olaraq Robert Prosineçki ilə görüşüb"

Milli.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında xorvatiyalı məşqçinin meneceri Yaşar Çalışır deyib.

Prosineçkinin yenidən millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən türkiyəli agentin sözlərinə görə, AFFA 50 yaşlı mütəxəssisə təklif göndərib:

"AFFA rəsmiləri Prosineçkiyə rəsmi təklif göndərib. Amma Robertin alternativ variantları var. Son qərarı Prosineçki verəcək. Ətraflı çox məlumat verə bilmərəm".

Qeyd edək ki, Prosineçki daha öncə millimizə Yaşar Çalışarın vasitəsiylə gətirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.