İdman

Ançelotti Premyer Liqa klubu ilə razılıq əldə etdi

17 Dekabr 2019 10:44
0 Şərh     Baxış: 2 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Napoli"nin istefaya göndərdiyi Karlo Ançelottinin işsiz günləri qısa sürəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Everton"u çalışdırmağa yaxındı.

Britaniya mətbuatının yaydığı məlumata görə, Marko Silvanı istefaya göndərəndən bəri baş məşqçi axtarışında olan "Everton" məhz Ançelotti ilə razılığa gəlib. Prinsipial razılıq əldə edən tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar. Ançelottinin hətta danışıqlar üçün Liverpul şəhərinə yollandığı bildirilir.

Qeyd edək ki, "Everton" Premyer Liqada 17 turdan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.