İdman

Eddi qırmızı vərəqə aldı - Oyun yarımçıq dayandırıldı - FOTOlar

16 Dekabr 2019 11:59
0 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasının 20-ci turunda "Rayo Valyekano" ilə səfər matçı yarımçıq dayandırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirləri və təhdidlərinə məruz qalması səbəb olub. İlk hissənin əvvəlində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən" deyə qışqırıblar. Baş verənlərə görə referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırılmasa, oyun dayandırılacaq.

Fasilədən sonra isə "Albasete" futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. La Liqanın razılığa ilə görüşün sonadək oynanılmayacağına qərar verilib.

Qeyd edək ki, oyuna start heyətdə daxil olmuş Eddi İsrafilov 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.