İdman

Azərbaycanlı futbolçu erməni məşqçiyə görə klubundan ayrılır

15 Dekabr 2019 16:11
1 Şərh     Baxış: 2 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.

Milli.Az Fanat.az-a istinadən yazır ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.

Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.

Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.