İdman

Özilə hücum edən şəxsə 10 il həbs cəzası

9 Noyabr 2019 08:58
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinin cəzası bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.
 
Məhkəmə qarşısına çıxan E.Smit və C.Nortover günahlarını etiraf ediblər. Cinayətin əsas təşəbbüskarı olan Eşli Smit 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona kömək edən Cordanla bağlı yekun qərar isə daha sonra veriləcək.

Xatırladaq ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. Kolaşinaç və yaxınlıqdakı restoranda çalışanların səyi nəticəsində soyğunçular heç bir qənimət əldə edə bilmədən qaçmışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.