İdman

Arazla Tural millimizin ən yaxşıları oldu

14 Aprel 2010 23:35
Baxış: 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin ajansspor.com saytı Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvlərinə qiymət verib.

Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda bu gün Türkiyəyə 0:2 hesabı ilə yenilən yığmamızın heyətində Araz Abdullayevlə Tural İsgəndərov ən yaxşı oyunçular seçilib. Belə ki, türk həmkarlarımız "Neftçi" ilə "Qarabağ"ın oyunçularının işini 3 ulduzla qiymətləndirib.

Qırmızı vərəqə alaraq, yığmamızı azlıqda qoyan Tərlan Quliyev, həmçinin  Orxan Həsənov, Amit Quluzadə və Rəhman Hacıyev 1 ulduza layiq görülüb. Qalan oyunçularımıza isə 2 ulduz qiymət verilib.

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.