Arazla Tural millimizin ən yaxşıları oldu
14 Aprel 2010 23:35
Türkiyənin ajansspor.com saytı Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvlərinə qiymət verib.
Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda bu gün Türkiyəyə 0:2 hesabı ilə yenilən yığmamızın heyətində Araz Abdullayevlə Tural İsgəndərov ən yaxşı oyunçular seçilib. Belə ki, türk həmkarlarımız "Neftçi" ilə "Qarabağ"ın oyunçularının işini 3 ulduzla qiymətləndirib.
Qırmızı vərəqə alaraq, yığmamızı azlıqda qoyan Tərlan Quliyev, həmçinin Orxan Həsənov, Amit Quluzadə və Rəhman Hacıyev 1 ulduza layiq görülüb. Qalan oyunçularımıza isə 2 ulduz qiymət verilib.
/Fanat.az/