İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Valeri Abramidze: «Hakimin «Neftçi»yə kömək etdiyini deyirlər...»
10 Aprel 2010 15:36
Baxış: 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heç kimə sirr deyil ki, artıq Azərbaycanda iki klubun - "Neftçi"ylə "Xəzər Lənkəran"ın azarkeşləri arasında ciddi rəqabət formalaşıb. Hətta vəziyyət o həddə çatıb ki, hansısa futbolçu bu komandalardan birini digərinə dəyişəcəyi halda, problemlər yaşayacağını anlayır. Çətin ki, azarkeşlər belə futbolçunu bağışlasınlar. Amma yaxın keçmişdə belə keçidlər adi hal idi.
Uzağa getməyək, elə götürək Valeri Abramidzeni. Azərbaycan karyerasına "Neftçi"də başlayan gürcü sonradan paytaxtı Lənkərana dəyişdi. Cənubdan qalmaqallı şəkildə ayrılan Abramidze Azərbaycana növbəti səfərində də "Neftçi"ni seçdi.
Gürcü legionerlə müsahibədə bunlarla yanaşı, bir çox başqa məqamlara da aydınlıq gətirdik.
- Uşaqlıqdan futbola böyük həvəsim var idi. Bunu görən valideynlərim məni futbol məktəbinə qoydular. Bu hadisə təxminən ikinci sinifdə oxuduğum vaxtlara təsadüf edir. Elə o vaxtdan da peşəkar futbolçu olmağı qarşıma məqsəd qoydum və istəyimə çatdım. İlk peşəkar klubum "Dinamo" Tiflis olub. Sonralar isə müxtəlif klublarda, həmçinin, Rusiyada oynamışam. Daha sonrası isə sizə məlumdu. Çünki Rusiyada legioner həyatı yaşadıqdan sonra karyeramın Azərbaycan dövrü başlayıb.
- Azərbaycana ilk gəlişini xatırlayırsan?
- Sözün düzü, o vaxt menecerim Azərbaycandan yaxşı təklif olduğunu desə də, bunu ciddiyə almamışdım. Çünki Rusiyada oynayırdım, ona görə də bu variantın üzərində fikirləşməyə ehtiyac görmürdüm. Ancaq sonra elə oldu ki, ehtiyatda qalmağa başladım. Baş məşqçimiz mənə şans vermirdi. Komandada legionerlər çox olduğundan, rəqabət də güclü idi. Əsas heyətdə mənə şans verilmirdi. Özüm isə artıq bu vəziyyətdən bezmişdim. Elə ona görə də menecerimlə əlaqə saxlayıb Azərbaycandan gələn təklifi dəyərləndirdim və "Neftçi"yə keçməyə qərar verdim.
- Azərbaycanda "Neftçi" və "Xəzər Lənkəran"ın heyətində top qovmusan. Bu klublardan hansında özünü daha rahat hiss etmisən?
- Təbii ki, "Neftçi"də. Bu komanda mənim üçün çox doğmadı. Həyatda qazandığım bütün uğurlara görə "Neftçi"yə borcluyam. Mən də çalışıram ki, öz oyunumla bunun qarşılığını verim.
- "Xəzər Lənkəran" karyeranda xatırlanası məqam yoxdu?
- Bu komandada çox qalmadım. Ancaq orda mənə göstərilən münasibət pis deyildi. Sadəcə, klubdan ayrılanda müəyyən problemlərim oldu. Onu da UEFA vasitəsiylə həll etdik.
- "Xəzər Lənkəran"dan ayrılarkən mətbuata qalmaqallı açıqlamalar verirdin, klubu ikili müqavilə bağlamaqda ittiham edirdin...
- Hə, əsas problemim bu məsələylə bağlı olub. Lənkərana gələndə 1+1 sistemiylə müqavilə bağlamışdım. Yəni 1 il oynadıqdan sonra komandadakı şərtlər məni qane etməsəydi, klubdan rahatlıqla ayrıla bilərdim. Mənimlə bağlanan müqavilə rus dilində idi. Bir il keçdi və mən klubdan ayrılmaq qərarına gəldim. Ancaq həmin vaxt mənə dedilər ki, sən heç yerə gedə bilməzsən. Çünki hələ 1 il də müqavilən var. Sonradan öyrəndim ki, burda futbolçularla, həmçinin də mənimlə ikitərəfli müqavilə bağlanıb. Yəni rus dili variantında 1+1 şərtiylə, Azərbaycan dili variantında isə 2 illik müqavilə bağlanılıb. Ancaq mən 1+1 sistemiylə bağlanan müqaviləyə qol çəkmişdim. Düzdü, bu, bəzi problemlərin baş verməsinə səbəb oldu. Amma boş oturmayıb UEFA-ya şikayət etdim və istədiyimə nail oldum, haqlı olduğumu sübut etdim.
- "Xəzər Lənkəran"la "Neftçi"nin barışmaz rəqib olduğunu bilirsən. Üstəlik bu komandalarda oynayanın rəqib cəbhəyə keçməsi azarkeşlərin qəzəbinə səbəb olur. Lənkəranda keçirilən son oyunda azarkeşlərin sənə hansısa bir təzyiqi oldumu?
- Düzü, heç bir təzyiq olmadı. Meydanda məni görən yerli fanatlar nə qışqırdılar, nə də oyun boyu fitə basdılar. Əksinə, azarkeşlərin çoxu uzaqdan da olsa, mənimlə görüşdü, hətta qışqırıb salam verənlər də oldu. Lənkəranlı azarkeşlərin mənə qarşı hansısa bir mənfi reaksiyasını görmədim.
- Bir az da həmin oyun barədə danışaq. Nədənsə sənin "Neftçi"yə növbəti dəfə gəlişindən sonra komandanın başından qalmaqal əskik olmur...
- Mən elə deməzdim. Bir çoxları həmin oyunda hakimin bizə xüsusi rəğbətinin olduğunu bildirir. Ancaq bunların hamısı uydurmadı. Meydan sahiblərinın bizə vurduğu qol zamanı qayda pozuntusu var idi. Yan hakim bayrağını qaldırır, baş hakim fitini çalır. Ancaq "Xəzər Lənkəran"lı futbolçular buna məhəl qoymayaraq, oyunu davam etdirir. Sizcə, belə vəziyyətdə qolu hesaba almaq olar? Təbii ki, hakim düzgün qərar qəbul etdi. Sadəcə, bəziləri bunu başqa cür yozub, hakimin bizə kömək etdiyini deyirlər. Ümumiyyətlə, son oyunlarda bu cür fikirlər tez-tez səslənir. Amma tam əminliklə deyə bilərəm ki, çıxdığımız oyunlarda öz gücümüz hesabına nəticə qazanırıq. Kənardan heç kimin köməyi və təzyiqiylə xal almırıq.
- "Neftçi" bərbad çıxışıyla azarkeşlərini üzməkdə davam edir. Bu vəziyyət nə vaxta kimi davam edəcək?
- Düzdü, bəzi oyunlara tam motivasiya ola bilmədiyimiz üçün bir sıra qazanılması vacib olan xallar itirdik. Ancaq ümidvaram ki, qarşıdakı oyunlarda itirilən xalların əvəzini çıxacağıq.
- Final mərhələsinin oyunları başlayanda klub rəsmiləri və futbolçular çempionluqdan söz açırdı. Amma son turda doğma meydanda "Qəbələ"dən aldığınız məğlubiyyət çempionluq şansınızı heçə endirdi. Ümumiyyətlə, hazırda qarşınızda duran əsas məqsəd nədi?
- Sizinlə tam razıyam. "Qəbələ"yə məğlubiyyət heç ağlımızdan keçmirdi. Ancaq onu da yadda saxlayın ki, "ilk altılıq"da zəif rəqib yoxdu. Bu vaxta qədər çox xal itirmişik. Bundan sonra çalışıb hər oyunda yüz faizli nəticə göstərməliyik. O ki qaldı çempionluğa, bu vəzifənin öhdəsindən gəlmək çox çətindi. Amma bacara bilərik. İndiki halda isə əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı.
- Səncə, hazırkı vəziyyətdə çempionluq uğrunda mübarizə hansı komandalar arasında gedəcək?
- Düzünü desəm, "İnter" və "Xəzər Lənkəran"ı çempionluğa əsas namizəd sayıram. Çox güman ki, sonda elə bu iki komandadan biri çempion olacaq.
- Azərbaycana ikinci qayıdışında nələri hiss etdin? Çempionatımızın səviyyəsi əvvəlki illərə nisbətən artıb?
- Azərbaycanda futbol çox sürətlə inkişaf edir. Səviyyəli çempionat keçirilir. Klubların maddi dayağı çox güclüdü.
- Gürcüstanda da futbolun inkişafı nəzərə çarpır?
- Ölkəmdə də futbol inkişafdadı. Lakin Azərbaycandakı kimi varlı klublar bizdə çox azdı. Üstəlik Azərbaycanda klubların əsasını legionerlər təşkil edir. Amma vətənimdə klublar legionerlərə çox pul xərcləmirlər. Komandaların heyətində barmaqla sayılacaq qədər legioner tapmaq olar. Əvəzində bizdə gənc oyunçuların sayı kifayət qədərdi. Gənc gürcülərin inkişafına, onlara futbolun sirlərinin öyrədilməsinə xüsusi diqqət yetirilir.
- "Neftçi"də daha çox kiminlə ünsiyyətdə olursan?
- Komandada oynayan futbolçuların hamısıyla münasibətim yaxşıdı. Amma düzünü deyim ki, özümə sirdaş hesab etdiyim dostum yoxdu. Bir az Miçoviçlə yaxınam. Onu da hələ "Neftçi"yə ilk gəlişimdən tanıyıram.
Kənan
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
XƏBƏR LENTİ
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu