"Kimsə bunun xal olduğunu desə, karateni bu dəqiqə ataram" - Rafael Ağayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Karate üzrə beşqat dünya və 11 dəfə Avropa çempionu olmuş Rafael Ağayev oxu.az saytına müsahibə verib.
Milli.Az həmin müsahibəni təqdim edir:
- Fransanın paytaxtı Parisdə keçirilən karatenin yeni mövsümünün ilk turnirində gümüş medal qazandınız. Həmin görüşdə çənənizdən ciddi zədə aldınız...
- Bu, pakistanlı idmançı ilə ilk görüşümün bitməsinə yaxın oldu. Onda 4:2 qalib gəlirdim.
- Bundan sonra çənənizə tikiş qoyuldu?
- Bəli. Yarışı elə davam etdirdim. Tikişi isə bu görüşdən sonra qoydurdum.
- Deyəsən, yarımfinalda da zədə almısınız...
- Yarımfinalda İran idmançı ilə qarşılaşanda bu oldu. O məni 2016-cı ilki dünya çempionatının finalında da əzmişdi. O bilir ki, belə olanda əsəbləşirəm. Bilə-bilə belə edir. Açığı, mən də buna diqqət yetirməməyə çalışıram. O elə fikirləşir ki, zəif yerimdən vurub gözümün odunu alır. Əksinə, belə etdikcə, mən daha da yaxşı çıxış edirəm...
Bu idmançı ilə cəmi iki dəfə qarşılaşmışam. Ümumiyyətlə, mənim çəkimdə iki güclü iranlı döyüşür. Biri bu, Əli Əsgər Asyabaridirsə, digəri sonuncu dünya çempionu Bəhmən Əsgəridir. Hər ikisi ilə də iki dəfə görüşmüşəm. Maraqlıdır ki, keçən il də bu turnirin 1/4 finalında başqa yaponiyalını, 1/2 finalda Bəhməni udub finalda Ken Nishimura ilə qarşılaşmışdım. Bu dəfə də demək olar ki, elə oldu.
Mənə görə bu turnir bəlkə də dünya çempionatı ilə eyni səviyyədədir. Bunu tək mən demirəm. Hətta dünya çempionatına Hindistandan bir idmançı gələ bilirsə, bura qatıla bilmir. Amma bura bir çəkiyə beş dənə yapon gəlir. Heç biri də Nishimuradan zəif deyil. Beş-altı nəfərlə gəlirlər ki, Olimpiadaya lisenziya ala bilməyək.
- Bəs Yaponiyanın paytaxtı Tokioda keçirilən Premyer Liqa Parisdəki qədər çətin olmur?
- O da çətindir. Amma Paris Premyer Liqası illərdir ki, belə çətin keçir. Vaxt olub ki, Azərbaycandan bu yarışda heç bir dövrə keçən olmayıb.
- Bəlkə də bu ilin ilk yarışı olduğundan, hamı bütün gücünü bura qoyur?
- Həm də ona görə, həm də indi karate Olimpiya idman növü olduğundan, hamı bu yarışa ciddi yanaşır və lisenziya xalı qazanmağa çalışır. Burda zəif ölkə yoxdur. Belə baxanda Pakistan karatedə zəifdir. Mənimlə İslamiadada finalda qarşılaşmış həmin pakistanlıya ilk hissədə 0:2 uduzurdum. Sonuncu dünya çempionatından 2-3 ay keçdiyindən, özümü toparlaya bilməmişdim. Sonradan ondan yeddi xal alıb qalib gəldim.
- Finaladək sarğı ilə döyüşdünüz. Həlledici görüşdə sizi sarğısız gördük. İki günə sağaldı yaranız?
- Yox. Əslində mən elə finalda sarğı ilə çıxış etməli idim. Çünki zərbə dəysəydi, tikişlər cırılacaqdı. Saqqallıyam deyə, leykoplastırla bağlanan sarğı məşq zamanı yerə düşdü. Daha sonra tikiş olan yerə yapışqan vurdular. Heç bilmirdim ki, insana yapışqan da vurarlar (gülür). İnşallah, beş gündən sonra sapları sökəcəyəm.
- Ötən il Ken Nishimuraya uduzmağınızın səbəbi özünüzün son saniyələrdə yol verdiyiniz ehtiyatsızlıq olmuşdu. Bunu özünüz də etiraf etmişdiniz. Budəfəki məğlubiyyəti isə hakimliklə bağlamaq olarmı?
- İnsan və idmançı kimi həmişə düzünü deyən olmuşam. Deyim ki, bu yapon idmançı zəifdir, yox, belə deyil. Həqiqətən də o güclü idmançıdır. O və italyan karateçi bu çəkidə mənə ən çox çətinlik yaradan idmançılardır. Mən düşünürəm ki, Olimpiadanın yarımfinalında mən bu ikisindən biri ilə qarşılaşacağam. Yaponun məndən güclü olduğunu da qəbul etmirəm. Çünki mənim qalib gəldiklərimə o uduzur.
Siz mənim videoma da baxdınız. Bu idmanı dərindən bilməyən biri mənə vurulan zərbənin xal olduğunu desə, mən karateni bu dəqiqə ataram. Amma mənim üç xallıq zərbəm qeydə alınmır. Hakimlər elə etdilər ki, çempion olmayım.
- Rəqibin karatenin vətəni olan Yaponiyadan olması bu haqsızlığa səbəb ola bilərmi?
- Ola bilər. Bundan başqa, hakimlərin beşi mənim qələbəmi istəyirsə, 15-i bunu istəmir. Bunun sübutu da var. Mən bu karateyə gözəllik gətirmişəm. Mənim yaxşı yerinə yetirdiyim fəndləri ləğv edirlər, heç nədən mənə cərimə verirlər. Bir cərimə etmişəmsə, üç cərimə xalı verirlər. Onlar məni mənəvi cəhətdən sındırmaq istəyir. Allaha qurban olum, o mənə həmişə kömək olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
-
"Zirə"nin rəqibi bilindi
XƏBƏR LENTİ
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
-
Mirələm atasının vəfatından sonra belə görüntüləndi - FOTO





