İdman

Messi 1:6-dan sonra paltardəyişmə otağında nə deyib?

31 Mart 2018 10:00
1 Şərh     Baxış: 2 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin hücumçusu Lionel Messi İspaniyaya qarşı yoldaşlıq oyununda (1:6) komandasının buraxdığı 6-cı qoldan sonra tribunanı tərk etmişdi.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu tribunanı tərk etdikdən sonra birbaşa paltardəyişmə otağına yollanıbmış. Bu barədə məlumatı Argentina millisinin adının açıqlanmasını istəməyən üzvü İspaniya mətbuatına açıqlamasında verib. Naməlum futbolçu Leonun paltardəyişmə otağında komanda yoldaşlarına dəstək çıxışı etdiyini deyib:

"Messinin paltardəyişmə otağında söylədiklərini deyə bilmərəm, ancaq doğrudan çox-çox yaxşı idi. Düzünü deyim, belə bir şeyə ehtiyacımız var idi. Leo Messi əsl liderdi. Məhz buna görə Argentina millisinin kapitanıdı".

Xatırladaq ki, Messi İspaniya ilə yoldaşlıq görüşünü yüngül zədəsi olduğundan tribunadan izləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.