“Azərbaycan klublarından təklif gəlsə, fikirləşərəm” – Nazarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli komandamızın üzvü Dmitri Nazarov Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayan "Aue"nin yarımmüdafiəçisi karyerası ilə bağlı bəzi məqamlara da aydınlıq gətirib.
- Qurban Qurbanovla tanışlığınız necə keçdi? Ümumiyyətlə, ilk dəfə onun milli komandaya baş məşqçi təyin olunduğunu biləndə nə fikirləşdiniz?
- Millinin düşərgəsinə dünən qoşulmuşam. Qurban Qurbanovla qısa söhbətimiz olub. Bu söhbət məndə xoş hisslər oyatdı. İlk fikrim belədir ki, Qurban Qurbanov çox gözəl insandır. Cəmi 1 məşq keçmişəm. Buna baxmayaraq, hər şeydən razıyam.
- Qurban Qurbanovla millidə rəhbərliyi altında çıxış etdiyiniz əvvəlki baş məşqçiləri necə müqayisə edərdiniz?
- Bu suala cavab verə bilmərəm. Çünki düşərgəyə dünən axşam qoşulmuşam. Növbəti aylarda bu barədə nəsə danışa bilərəm. İndi isə onu deyə bilərəm ki, komandada ab-hava çox yaxşıdır. Hiss olunur ki, nizam-intizam yüksək səviyyədədir.
- Milli komandamızda yaxşı çıxış etsəniz də, illərdir ikinci bundesliqada oynayırsınız. Əsas bundesliqaya yüksəlməyinizə nə mane olur? Öz çıxışınız o səviyyədə deyil, yoxsa meneceriniz istənilən tələblərə cavab vermir?
- Bu sualın çox cavabı ola bilər. Bilirsiniz ki, Bundesliqa Avropanın güclü çempionatlarından biridir. Ora düşmək çox çətindir. Bundesliqa klublarından dəvət almaq üçün dayanmadan çalışıram. Menecerimi deyə bilmərəm, amma bəxt amili də burada rol oynayır. Çətin olmasına baxmayaraq, əlimdən gələni edir. İnanıram ki, hər şey istədiyim kimi olacaq. Bunun üçün vaxtım da var.
- Millətlər Liqası ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Qrupdan çıxa bilərikmi və bunun üçün nə lazımdır?
- Rəqiblərin hər birini analiz etmişik. İlk növbədə yaxşı oyun göstərmək istəyirik. İkinci növbədə məqsədimiz qələbə qazanmaqdır. Amma heç-heçə edə, uduza da bilərik. Futbolda hər şey ola bilər. Qrupda əsas məqsədimiz 6 oyundan maksimum xallar toplamaqdır. Hər oyunda 100 yox, 200 faiz bacarığımızı göstərməliyik. Əlimizə düşən şansdan maksimum istifadə etməliyik.
- Azərbaycan klublarından təklif almısınızmı? Ümumiyyətlə, Premyer Liqada çıxış etməyə necə baxırsınız?
- Hazırda "Aue" klubu ilə müqaviləm var. İndiyə kimi bəzi söhbətlər olub. Amma Azərbaycandan konkret bir təklif olmayıb. Təklif gəlsə, oturub fikirləşərəm, ailəmlə də məsləhətləşərəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 7 küçəsində tıxac var
-
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb
-
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Görən xarab yumurta bilib zibilə atır, biri 15-17 manata satılır
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)





