İdman

"Barselona"nın sabiq baş məşqçisi İngiltərədə çalışmaq istəyir

18 Noyabr 2017 14:06
0 Şərh     Baxış: 2 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən yay "Barselona" ilə yollarını ayıran Luis Enrike karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az xəbər verir ki, hazırda azad agent statusunda olan 47 yaşlı baş məşqçiyə bir neçə təklifin gəlməsinə baxmayaraq, o, "Çempion layihə"sinin daxilində olmaq istəyir.

İspaniya KİV-lərinə görə, Enrike Premyer Liqada işləməyə razıdır. Lakin o, London klublarından birini (red. "Çelsi", "Tottenhem") çalışdırmaq istəyir.

Qeyd edək ki, Luis Enrike Münhen "Bavariya"sının və PSJ-nin sükanı arxasına keçməkdə maraqlıdır. Şayiələrə görə "Bavariya" Karlo Ançelotti ilə yollarını ayırdıqdan sonra 47 yaşlı ispan məşqçi ilə danışıqlar etmişdi.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.