Salyan rayonunda anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən 17 yaşlı Zərifə Əhmədova dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, yaxınlarının sözlərinə görə, gənc qız son günlər yüksək hərarətlə mübarizə aparıb və vəziyyəti qəfil ağırlaşıb.
Zərifənin bütün həyatı boyu qayğısına yalnız nənə və babası qalıb. Onlar bildiriblər ki, 17 il ərzində nəvələrinin yanından bir an belə ayrılmayıblar və hər zaman onun sağlamlığı ilə bağlı ümidlərini itirməyiblər. Baba deyib ki, heç olmasa bir gün nəvəsinin danışdığını eşitmək arzusu ilə yaşayıblar.
Qeyd olunur ki, Zərifə yaxın qohumlar arasında olan nikahdan dünyaya gəlib. Anası isə sonradan övladını tərk edib. Bu müddət ərzində onun bütün qayğısı yaşlı nənə və babasının üzərinə düşüb.
Asya
Milli.Az





