İdman

Tanınmış futbolçunun adı Epşteyn işində... - FOTO

9 Fevral 2026 15:42
Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa millisinin əfsanəvi futbolçusu Frank Riberi Ceffri Epşteyn işinə aid yeni açıqlanan sənədlərdə adı hallanan məşhurlardan biridir.

Milli.Az xəbər verir ki, sənədlərdə Riberi ilə bağlı iddialar ciddi narahatlıq doğurur. Zərərçəkmiş ifadələrinə görə, futbolçu bağda bir qadını döyməyə cəhd edib və vəkili Silven Kormye ilə birlikdə əyləncə məkanlarında 14 yaşlı qızları axtarıb. İddialarda həmçinin onun fahişəlik şəbəkəsi ilə əlaqəsi olduğu və vəkilinin bəzi hərəkətləri futbolçunun göstərişi ilə etdiyi bildirilir.

Hələlik Riberinin bu hadisələrdə iştirakı tam təsdiqlənməsə də, sənədlər onun reputasiyasına ciddi zərbə vurur. Qeyd edək ki, Riberi 2022-ci ilin oktyabrında karyerasını bitirib.

O, karyerası ərzində "Bavariya" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Marsel" (Fransa) və "Fiorentina" (İtaliya) kimi komandalarla çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.