Pensiya artımı kimlərə şamil olunacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur:
""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.
Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
"Bitcoin" bahalaşıb
-
Neftin qiyməti bahalaşdı
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
XƏBƏR LENTİ
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm
-
Türkiyədə ağır qəza: 11 ölü, 27 yaralı
-
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
Azərbaycanda tanınmış şair vəfat etdi
-
"Sabah" - "Slaviya" oyununu bu hakim idarə edəcək
-
Qazaxda 73 yaşlı gürcüstanlı TIR sürücüsü ölü tapıldı
-
Sabah yağış yağacaq - Proqnoz
-
"Vartolu" haqda film çəkiləcək
-
Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
-
Beyləqanda ağır qəza - Ölən var
-
Türkiyədə atışma: Ölən və yaralananlar var
-
Goranboyda minik avtomobili aşıb, xəsarət alan var
-
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
-
Şəmkirdə 18 yaşlı gənc qardaşı tərəfindən bıçaqlandı
-
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi - (Yenilənib)
-
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
-
Sumqayıtda kişi dəm qazından boğularaq öldü
-
"Leyla"nın aktrisası yeni serialda
-
Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb
-
Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib





